Bu yay "Yuventus"dan ayrılan Adrien Rabyo karyerasını Səudiyyə Ərəbistanında davam etdirməyə yaxındır.
Fanat.Az "Corriere dello Sport"a istinadən xəbər verir ki, onun xidmətində "Əl-Nəsr" maraqlıdır.
Məlumata görə, Ər-Riyad təmsilçisi Fransa millisinin 29 yaşlı üzvünə bir mövsüm üçün 20 milyon avro əməkhaqqı ödəmək niyyətindədir.
Qeyd edək ki, Rabyo "Yuventus"da hazırda "Əl-Nəsr"in uğurları üçün çalışan Kriştianu Ronaldu ilə komanda yoldaşı olub.