RU

Macarıstan Aİ-nin Rusiya və Belarusdan olan casuslarla bağlı narahatlığını “siyasi isteriya” adlandırıb

Macarıstan Avropa İttifaqının Rusiya və Belarus vətəndaşları üçün yeni iş və yaşayış icazəsi sxeminin Aİ-nin casusluğu riskini artırmasından qorxmasını “siyasi isteriya” adlandırıb.

"Operativ Media" xəbər verir ki, bu barədə TASS Macarıstanın Avropa İttifaqı məsələləri üzrə naziri Yanoş Bokuya istinadən məlumat yayıb.

Onun sözlərinə görə, “milli kartla bağlı heç bir hüquqi və ya təhlükəsizlik problemi yoxdur”.

“Lakin Avropa Parlamentində və bəzi üzv dövlətlərdə çoxluq tərəfindən yaradılan açıq-aşkar siyasi isteriya var”, - Macarıstan rəsmisi bildirib.

Избранный
52
operativmedia.az

1Источники