Bakı. Trend:
Amerikanın Kaliforniya ştatının qubernatoru Gevin Nyusom RançoPalos Verdes şəhərində fövqəladə vəziyyət elan edib.
Trend xarici KİV-lərəistinadən xəbər verir ki, Los-Ancelesdən təxminən 50 kilometrlikməsafədə yerləşən şəhərdə sürüşmələr yaşayış məntəqələrinə vəelektrik xətlərinə təhlükə yaradır.
Məlumata görə, burada 100-dən çox evin sakinləri təxliyəolunub.
İctimai təhlükəsizlik təhdidi üzündən “Southern CaliforniaEdison” (SCE) kommunal şirkəti 140 evdə elektrik enerjisininverilməsini dayandırıb və bildirib ki, daha 105 binada elektrikenerjisini kəsməyi planlaşdırır. Evləri artan sürüşmə yaxınlığındayerləşən insanlara bazar günü bu rayonu tərk etmək tövsiyəolunub.
Yerli hakimiyyət orqanları bildiriblər ki, evlər, yollar vəinfrastruktur artıq onilliklər ərzində yer dəyişən sürüşmədən zərərçəkib. Sürüşmə 2023-cü ilin yazında güclü yağışlardan sonrasürətlənib.