RU

İtaliya sahillərində miqrantların olduğu qayıq batıb

İtaliyanın cənubundakı Lampeduza adası sahillərində miqrantları daşıyan qayıq batıb.

SİA xəbər verir ki, qəza nəticəsində üçü azyaşlı olmaqla 21 nəfər itkin düşüb. Suriya vətəndaşı olan 7 nəfər İtaliya Sahil Mühafizə Xidmətinin patrul gəmiləri tərəfindən xilas edilib. Onlar adadakı miqrant düşərgəsinə aparılıb. Hazırda itkin düşənlərin axtarış-xilasetmə işləri davam etdirilir.

Qayığın sentyabrın 1-də Liviyadan yola düşdüyü bildirilib.

Избранный
78
6
sia.az

7Источники