İtaliyanın cənubundakı Lampeduza adası sahillərində miqrantları daşıyan qayıq batıb.
"Operativ Media" xəbər verir ki, qəza nəticəsində üçü azyaşlı olmaqla 21 nəfər itkin düşüb. Suriya vətəndaşı olan 7 nəfər İtaliya Sahil Mühafizə Xidmətinin patrul gəmiləri tərəfindən xilas edilib. Onlar adadakı miqrant düşərgəsinə aparılıb. Hazırda itkin düşənlərin axtarış-xilasetmə işləri davam etdirilir.
Qayığın sentyabrın 1-də Liviyadan yola düşdüyü bildirilib.