RU

Çin çip istehsalı avadanlığına $50 mlrd. xərcləməyi planlaşdırır

ABŞ-nin Pekinin qabaqcıl yarımkeçirici texnologiyasına çıxışını məhdudlaşdırmaq səylərinə baxmayaraq, Çin bu il çip istehsalı avadanlığına 50 milyard dollar xərcləməyi planlaşdırır. Bununla ölkə yeni çip fabrikləri yaratmağa və tədarük zəncirlərini ABŞ-nin sanksiyalarından qorumağa çalışır, Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir.

“Nikkei”nin məlumatına görə, Çin bu il yarımkeçirici avadanlığına rekord 25 milyard dollar xərcləyib ki, bu da Cənubi Koreya, Tayvan və ABŞ-nin eyni dövrdəki birgə xərclərindən çoxdur.

Xərclərin əhəmiyyətli artımı Pekinin gələn ilə qədər yarımkeçiricilər sənayesində 70%-ə qədər özünü təmin etmək strategiyasına uyğundur. May ayında Çin çip sənayesini dəstəkləmək üçün 47.5 milyard dollarlıq fond yaradıb. Onun həcmi əvvəlki iki fondun ümumi həcmini üstələyir.

Artan investisiyalar sayəsində Çin dünyanın ən böyük çip istehsalçısı TSMC-dən cəmi üç il geri qalır.

Избранный
260
50
banker.az

10Источники