RU

Astanada Avrasiya regionu üzrə maliyyə konfransı keçirilir

Astanada

Astana, 5 sentyabr, AZƏRTAC

Qazaxıstan paytaxtındakı Astana Beynəlxalq Maliyyə Mərkəzində “Astana Finance Days” (AFD) illik beynəlxalq konfransı keçirilir.

AZƏRTAC xəbər verir ki, 2018-ci ildən təşkil edilən AFD konfransı Avrasiya regionunun maliyyə sektorunun aparıcı ekspertlərini, investorları və biznes liderlərini birləşdirən əsas platforma rolunu oynayır. Hər il 70-dən çox ölkədən 3000-dən çox iştirakçı bu mühüm tədbirdə iştirak edir ki, bu da onu Mərkəzi Asiyanın maliyyə həyatında əsas hadisəyə çevirir.

“AFD-2024” konfransı “İnnovasiya. İnvestisiyalar. Təsir” mövzusunda keçirilir və onun iştirakçıları maliyyə sektorunda qabaqcıl texnologiyaların tətbiqini, Qazaxıstanda investisiya imkanları və maliyyənin davamlı inkişafa təsirini, cəmiyyətdəki müsbət dəyişiklikləri müzakirə edirlər.

Dövlət qurumlarının nümayəndələri, maliyyə sektoru və iqtisadiyyat üzrə ekspertlər, investorlar və biznes liderləri bu sahədəki aktual problemləri, tendensiyaları və imkanları qiymətləndirmək məqsədilə vahid bir platformada fikir mübadiləsi aparacaqlar.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Избранный
144
azertag.az

1Источники