RU

DGK müsabiqədə qazanılan mükafatın gömrük odənişlərinə cəlb olunmasına münasibət bildirib

Sosial şəbəkələrdə Azərbaycan vətəndaşının xaricdə keçirilən müsabiqədə qazandığı sertifikatın və mükafatın gömrük odənişlərinə cəlb olunmasını qınayan məlumatlar yayımlanıb.

"İki sahil" Dövlət Gömrük Komitəsinə (DGK) istinadla xəbər verir ki, vətəndaş beynəlxalq poçtdaşıma şirkəti vasitəsi ilə ona göndərilən “Apple” markalı qulaqcığın invoys dəyərini gömrük bəyannaməsində 50 dollar olaraq qeyd edib və gömrük orqanı tərəfindən dəyərin dəqiqləşdirilməsi aparılıb.

“Araşdırma nəticəsində məhsulun (qulaqcıq) dəyərinin rəsmi internet mağazasında 549 dollar olduğu müəyyən edilib. Daha sonra vətəndaşın müraciəti əsasında “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nın 2.1.4-cü yarımbəndinə müvafiq olaraq məhsul (qulaqcıq) qanunvericiliyə uyğun şəkildə gömrük ödənişlərinə cəlb olunmaqla rəsmiləşdirilib və buraxılışı təmin edilib. Sertifikat isə ümumiyyətlə rəsmiləşdirmə predmeti olmayıb”, - deyə DGK-nın məlumatında bildirilir.

Избранный
104
25
ikisahil.az

10Источники