RU

Türk Dünyası Ortaq Əlifba Komissiyasının üçüncü iclası Bakıda olacaq

Türk Dövlətləri Təşkilatının (TDT) dəstəyi ilə Türk Akademiyasının Atatürk Mədəniyyət, Dil və Tarix Ali Şurası yanında Türk Dilçilik Cəmiyyəti ilə birgə təşkil etdiyi Türk Dünyasının Ortaq Əlifba Komissiyasının üçüncü iclası sentyabrın 9-da Bakıda keçiriləcək.

Tədbirdə Azərbaycan Respublikasının təhsil naziri Emin Əmrullayev, Türk Akademiyasının prezidenti Şahin Mustafayev, Türk Dilçilik Cəmiyyətinin sədri Osman Mert, Azərbaycan Atatürk Mərkəzinin direktoru Nizami Cəfərov, həmçinin türk dövlətlərinin bir sıra digər yüksək vəzifəli nümayəndələrinin iştirak edəcəyi gözlənilir.

İclasın əsas məqsədləri ortaq əlifba ideyasının hazırlanmasında irəliləyişlərin müzakirəsi və bu istiqamətdə növbəti addımların müəyyən edilməsindən ibarətdir.

Xatırladaq ki, Türk Dünyası Ortaq Əlifba Komissiyası TDT-nin təşəbbüsü ilə hər bir türk ölkəsindən dil sahəsinə məsul olan iki nümayəndənin iştirakı ilə yaradılıb. Birinci görüş 2023-cü il mayın 28-29-da Astanada, ikinci görüş 2024-cü il mayın 6-7-də Bakıda baş tutub. Komissiya TDT-nin himayəsi ilə Türk Akademiyasının nəzdində fəaliyyət göstərir.

Избранный
80
2
xalqqazeti.az

3Источники