RU

Azərbaycanda zəlzələ zamanı dağıntı olub? - RƏSMİ AÇIQLAMA

Biləsuvar rayonunda qeydə alınan zəlzələ zamanı hər hansı dağıntı və ya insan xəsarəti olmayıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

“Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə bu vaxtadək Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olmayıb”, – deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, yerli vaxtla saat 10:45-də Biləsuvar rayonunda 54 km dərinlikdə 4.5 maqnituda zəlzələ qeydə alınıb.

Избранный
83
26
yenigundem.az

10Источники