RU

İsrailin Münxendəki konsulluğu yaxınlığında atəş səsləri eşidilib

İsrailin

Bakı, 5 sentyabr, AZƏRTAC

Bu gün səhər saatlarında İsrailin Münxendəki Baş Konsulluğu yaxınlığında atəş səsləri eşidilib. Hadisə Münxen Olimpiadası zamanı törədilmiş terror aktının ildönümü günündə baş verib.

AZƏRTAC Almaniya mediasına istinadla xəbər verir ki, atəş açıldıqdan sonra qışqırıq səsləri də eşidilib

İsrail XİN-in məlumatına görə, konsulluq 1972-ci ildə Münxendə keçirilən Yay Olimpiya Oyunlarında terror aktı nəticəsində ölən idmançıların xatirəsinə həsr edilmiş mərasimlə əlaqədar bağlı olub. Hücum edən şəxs zərərsizləşdirilib. Diplomatik missiyanın əməkdaşları arasında xəsarət alanların olmadığı bildirilir.

Qeyd edək ki, bu gün Münxen Olimpiadasının gedişində silahlı şəxslərin İsrail komandasının 11 üzvünü güllələyərək öldürdüyü terror aktının 52-ci ildönümüdür.

Избранный
187
azertag.az

1Источники