“İyulda biz yazmışdıq ki, Ermənistanın baş naziri Nikol Paşinyan “Ana Rusiyanın ağuşuna “yolunu azan oğul” kimi qayıda bilər”.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu cümlə yerli “Hraparak” qəzetinin yazısında əks olunub.
“Paşinyan dar dairədə payızda sürprizlər ola biləcəyini deyib. Avqustun 31-də keçirilən mətbuat konfransında ilk işarə Rusiyaya baş əymək idi və dünən məlum oldu ki, Ermənistan qeyri-rəsmi şəkildə BRİCS və MDB sammitlərində iştirak edəcək.
BRİCS-in iclası oktyabrın 22-24-də Kazanda keçiriləcək. Bəziləri Nikol Paşinyanın ritorikasını dəyişməsi ilə avqustun 23-də Rusiya prezidenti Vladimir Putinlə sonuncunun Bakı səfərindən dörd gün sonra baş tutan telefon danışığı arasında əlaqə görür. Bundan 4 gün sonra Putin Azərbaycan prezidenti İlham Əliyevlə də danışıb və bir gün sonra iki ay uzanan delimitasiya qaydaları barədə akt imzalanıb.
Bəzi mənbələrə görə, Putin Paşinyana Azərbaycanı Ermənistana yönəlik təzyiqləri azaltmağa çağırdığını deyib. Bəlkə də buna görə Rusiyanın MDB və KTMT platformalarını boykot edən Paşinyan iştirak etmək qərarına gəlib”, - deyə, yazıda qeyd olunub.
Musavat.com