RU

Tramp “TikTok”u “xilas edəcəyinə” söz verib


Keçmiş Amerika lideri və Respublikaçılar Partiyasının ABŞ prezidentliyinə namizədi Donald Tramp seçkilərdə qalib gələcəyi təqdirdə, “TikTok”u “xilas edəcəyinə” və amerikalıların bu sosial şəbəkəyə çıxışını təmin edəcəyinə söz verib.
Yeniavaz.com
xəbər verir ki, “Truth Social” sosial şəbəkə səhifəsində onun bu barədə videomüraciəti dərc olunub.
“Mən ABŞ-də “TikTok”u xilas etmək istəyən hər kəsə müraciət edirəm. Bu platformanı sevirsinizsə, Trampa səs verin. Əgər “TikTok” və ya ABŞ-nin təhlükəsizliyi və rifahı ilə maraqlanmırsınızsa, onda ölkəmizi məhv edən marksistlərə səs verə bilərsiniz”, - Tramp bildirib.
O, rəqiblərinin ABŞ-də “TikTok”u qadağan etmək niyyətində olduğunu da vurğulayıb.
Tramp hesabının təxminən 11 milyon izləyicisi olan bu platformada “böyük ulduza” çevrildiyini də xatırladıb.
Belə ki, iyunun əvvəlində “TikTok”da təsdiqlənmiş Tramp hesabı peyda olub. O, qeydiyyatdan keçdiyi vaxtdan bir gün keçməmiş 1 milyon abunəçi toplayıb. Hazırda siyasətçini 10,8 milyon insan izləyir.
Qeyd edək ki, bu ilin aprel ayında ABŞ Prezidenti Co Bayden ölkədə “TikTok”u potensial olaraq qadağan etmək təşəbbüsünü ehtiva edən qanunlar paketini təsdiqləyib. O, sosial şəbəkəni satmaq üçün “ByteDance”ə bir il vaxt verməyi təklif edib və əks halda, “TikTok” ABŞ-da qadağan etməklə hədələyib. “ByteDance” isə bu qərarın ləğv edilməsini tələb edərək, Amerika hökumətinə qarşı iddia qaldırıb.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
26
50
yeniavaz.com

10Источники