RU

SON DƏQİQƏ! COP29-a görə toylar təxirə salınacaq?

Noyabr ayında Bakıda 70 mindən çox turistin iştirakı ilə gerçəkləşəcək COP29 tədbiri ilə bağlı xüsusi plan hazırlanıb. Paytaxtda yerləşən idarə və təşkilatların fəaliyyətindən tutmuş, məktəb, universitetlərin fəliyyətinədək dəyişikliklər edilib. Yollardakı sıxlıqla bağlı nəqliyyat planının hazırlandığı, bəzi magistral yollarda gediş- gəlişin məhdudlaşdırılacağı ilə bağlı iddialar da səslənməkdədir. Həmin müddətdə insanların kütləvi şəkildə şənləndikləri toy mərasimlərinin keçirilməsi ilə bağlı isə fərqli versiyalar irəli sürülür. Mütəxəssislərin bir qismi həmin müddətdə toyların təxirə salınacağını desə də, digərləri bunun əksini iddia edir. 
Bəs, gəlin görək, şadlıq sarayları toylarla bağlı müştəri sifarişləri qəbul edirmi? İddialardan biri də COP29 tədbiri zamanı restoran və şadlıq saraylarının qiymətləri süni şəkildə artırması ilə bağlıdır.
KONKRET.az xəbər verir ki, referans.az  ilk olaraq iqtisad elmləri doktoru, professor, “Toy iqtisadiyyatı” kitabının müəllifi Zahid Məmmədovun fikirlərini öyrənib. Professor bildirib ki, COP29 dünya dövlətlərinin iştirak etdiyi əhəmiyyətli tədbirdir. Müqəddəs dini aylarda necə ki, toyların keçirilməsi nəzərə alınır, COP29 tədbiri zamanı da toyların qadağan edilməsi deyil,  təxirə salınması tövsiyə olunur:
“Bu mövzuda diqqətli olmaq, ictimai marağı düşünmək lazımdır. Hesab edirəm ki, bu sahədə maarifləndirmə yetəri qədər aparılmır, əslində bunlar izah olunmalıdır. COP29- la bağlı bütün məsələlər ciddi müzakirə olunmalıdır”.
Müsahib deyir ki, həmin ərəfədə toyların keçirilməsinə görə hansısa maneəyə rast gəlinəcəyi ilə bağlı şadlıq sarayları özləri vətəndaşlara məlumat verməlidirlər: “Vətəndaş bu haqda bilməyə bilər, Saraylara həmin günlərdə gələcək işçilər var, onların iş saatları və əldə edəcəkləri gəlirlər hesablanmalıdır. İcra Hakimiyyətləri bütün iş yerlərinə, idarə və təşkilatlara, hətta, şadlıq saraylarına COP29 tədbirinin necə təşkil olunmasına görə tövsiyə məktubları göndərməlidirlər”.
Zahid Məmmədov sonda qeyd edib ki, tədbirlə bağlı paytaxtın yükünü azaltmaq məqsədilə iş yerlərindən vətəndaşlara məzuniyyət verilə bilər: “İş yerinə gəlməkdə çətinlik çəkən insanlara qısa müdddətli məzuniyyət verilə bilər. İnsanlar istirahətlərini rayona yollanmaqla daha səmərəli təşkil edə bilərlər. Rayonlarda yerləşən otellər bundan istifadə edib qiymətləri qaldırmamalıdırlar. COP29 dövründə uşaqlar üçün düşərgələr təşkil oluna bilər”.
Paytaxtda yerləşən restoran və şadlıq saraylarının qiymətləri süni şəkildə qaldırılması ilə bağlı qısa sorğu keçirdik. Müştərilər üçün menyu və sifarişləri açıq şəkildə qeyd edən “Altun” restoranına zəng vurduq. Elanda menyunun qiyməti 50 manat yazılsa da, deyilən məbləğ 60-70 manat arası olduğu deyildi.
Onlayn platformada menyu qiyməti 50 manat yazıan “My Way Hall” şadlıq sarayı ilə əlaqə saxladıq. Sözügedən saray qiymətlərdə endirim etdiyini açıqlayaraq, məbləğin 40 manat  təşkil etdiyini bildirdi. Həmçinin, COP29 tədbiri zamanı toy sifarişlərini götürdükləri deyildi. Tədbirin qoiymətlərə heç bir təsirinin olmadığı qeyd edildi.
“Monte Karlo Saray”ı isə menyu qiymətlərini 50 manat yazıb, 65- 70 manata təklif etdi. Bakıda keçiriləcək COP29 tədbiri zamanı sifarişləri qəbul etdiklərini, həmçinin bunun qiymətlərə təsir edəcəyi deyildi.
Избранный
61
2
konkret.az

3Источники