RU

"İtaliya Avropa coğrafiyasında Azərbaycanın ən yaxın dostlarından biridir" - MÜNASİBƏT BİLDİRİLDİ

"Prezident İlham Əliyevin İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın dəvəti ilə sentyabrın 4-də Romaya işgüzar səfər etməsi iki ölkə arasında mövcud olan əməkdaşlığın daha da genişlənməsinə, möhkəmlənməsinə xidmət edəcək". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Elşad Məmmədli deyib.Elşad Məmmədli sözlərinə belə davam edib: "İşgüzar səfər çərçivəsində Prezidentimiz çox mühüm görüşlər keçirəcək. Bunların içində böyük şirkətlərin rəhbərləri ilə görüşləri xüsusi qeyd etməliyik. Hələlik rəsmi açıqlamalar gəlməkdədir, ilk görüşün xəbəri yayılıb. Belə ki, Prezident İlham Əliyev sentyabrın 5-də Romada İtaliyanın “Eni S.P.A” şirkətinin baş icraçı direktoru Klaudio Deskalzi ilə görüşüb.Görüşdə SOCAR ilə “Eni S.P.A” şirkəti arasında imzalanacaq sənədlərin əhəmiyyətinə toxunulub, neft-qaz, bərpaolunan enerji və iqtisadiyyatın müxtəlif sahələrində yeni texnologiyaların tətbiqi istiqamətində əməkdaşlığın genişləndirilməsi və şaxələndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Sənədlərin imzalanmasından sonra “Eni S.P.A” şirkəti daha qısa müddət ərzində konkret nəticələrin əldə edilməsi üçün işçi plan və strategiya hazırlayacaq.Bu tipli görüşlər çox olacaq. İtaliya Avropa coğrafiyasında Azərbaycanın ən yaxın dostlarından biridir. Bildiyimiz kimi, onun iqtisadiyyatı postsənaye iqtisadiyyatıdır, ə dünya üzrə 8-ci ən böyük nominal ümumdaxili məhsula sahibdir. İtaliya G8, NATO, Avropa İttifaqının üzvüdür, Avropa Birliyinin təsisçilərindəndir. İtaliya Avropa Parlamentində 76 deputatla təmsil olunur.İtaliya zaman-zaman beynəlxalq platformalarda Azərbaycana münasibətdə ədalətli davranıb, 44 günlük Vətən müharibəsi zamanı Azərbaycanın haqq işini dəstəkləyib. 2020-ci il İtaliyada "Azərbaycan ili" elan olunmuşdu. Bu, ölkəmizə səmimi münasibətin göstəricisi idi.Prezident İlham Əliyevin 2022-ci il sentyabrın 1-2- də İtaliyaya işgüzar səfəri zamanı iki ölkə arasında strateji tərəfdaşlığın güclənməsinə yönəlik qırarlar verildi. İtaliya ilə Azərbaycan arasında strateji tərəfdaşlığa dair iki ayrı sənəd imzalanıb.Hazırda işğaldan azad edilmiş ərazilərimizdə İtaliya şirkətləri də çalışır, Qarabağ və Şərqi Zəgəzurun bərpasında iştirak edirlər. İtaliyanın ümumilikdə ölkəmizdə 90-a yaxın investor şirkəti çalışır. Avropada ən yaxın ticarət tərəfdaşımızdır. Xüsusi qeyd etməliyik ki, İtaliya TANAP-TAP layihələrində aparıcı tranzit ölkələrdən biridir. İtaliya Azərbaycan enerji təhlükəsizliyi və iqtisadi-ticari əlaqələr baxımından ciddi strateji tərəfdaşıdır.
Mədəni əlaqələr baxımından da İtaliya ilə sıx əməkdaşlıqlarımız var. COP29 çərçivəsində İtaliya ilə daha sıx əməkdaşlıqlar planı var və icra olunur.Dünyadakı hazırkı həssas dönəmdə Prezident İlham Əliyevin İtaliyaya işgüzar səfəri kontekstində bu ölkə ilə əməkdaşlıqların dərinləşdirilməsi, daha geniş spektrləri əhatə etməsi olduqca mühümdür".

Ayşən Vəli

Избранный
88
1
sesqazeti.az

2Источники