RU

Paris-2024-ün iştirakçısı faciəli şəkildə dünyasını dəyişdi

Paris Olimpiadasında iştirak edən Uqanda marafonçusu Rebekka Çepteqey Keniyada keçmiş sevgilisi tərəfindən üzərinə benzin tökülərək yandırıldıqdan sonra dünyasını dəyişib. 

Fanat.Az xəbər verir ki, ağır yanıqlar alan idmançı xəstəxanaya yerləşdirilsə də, sağ qala bilməyib.

Uqanda Atletika Federasiyası itkidən dərin kədərləndiyini bildirib: "Bu gün səhər tezdən məişət zorakılığının faciəvi qurbanı olan idmançımız Rebekka Çepteqeyin dünyasını dəyişməsi bizi dərindən kədərləndirdi. Bu cür hərəkətləri pisləyir və hər kəsi ədalətli olmağa çağırırıq. Ruhu şad olsun".

33 yaşlı Çepteqey kilsədən evə qayıtdıqdan sonra hücuma məruz qalıb. Yerli polisin məlumatına görə, hücum idmançı ilə onun keçmiş şəriki arasında torpaq sahəsi üstündə yaranan mübahisə nəticəsində baş verib. Polis hadisə ilə bağlı araşdırma aparır. 

Hadisə zamanı idmançının keçmiş sevgilisi də xəstəxanaya yerləşdirilsə də, onun yanıqları daha az ciddi olub.
    
Mirağa

Избранный
100
32
fanat.az

10Источники