Bakı. Trend:
Xəbər verildiyi kimi, Baş prokuror Kamran Əliyevin rəhbərliketdiyi nümayəndə heyəti Vladivostok şəhərində işgüzarsəfərdədir.
Trend xəbər verir ki, sentyabrın 5-də nümayəndə heyəti Şərqİqtisadi Forumunun işində iştirak edib.
Rusiya Prezidenti Vladimir Putin Forum iştirakçılarınısalamlayaraq tədbirin qlobal iqtisadi problemlərin həllinə öztöhfəsini verəcəyini və konstruktiv səmərəli dialoqa nümunəolacağını bildirib.
Daha sonra Kamran Əliyev «Россия 24» televiziya kanalınamüsahibə verib.
Rusiya Baş Prokurorluğunun təşkilatçılığı ilə keçirilən biznessubyektlərinin hüquqlarının qorunmasına həsr olunmuş sessiyadaçıxış edən Kamran Əliyev Azərbaycan Respublikasının Prezidenticənab İlham Əliyevin siyasi kursuna uyğun olaraq sahibkarlığıninkişafının dövlət siyasətinin əsas prioritetlərindən olduğu,aparılan islahatlar nəticəsində sahibkarlıq fəaliyyətininqanunvericilik bazası və lazımi infrastrukturununyaxşılaşdırıldığını qeyd edib.
30 illik erməni işğalından azad olunmuş ərazilərimizdəgenişmiqyaslı yenidənqurma işlərinin aparıldığını qeyd edən Başprokuror, ölkəmizdə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarınainvestisiyaların yatırılması üçün əlverişli biznes mühitininyaradılmasından bəhs edib.
Həmçinin, Kamran Əliyev ölkəmizdə prokurorluq orqanlarındaaparılan genişmiqyaslı islahatlar, həmçinin prokurorluğun müvafiqstruktur qurumları tərəfindən sahibkarlıqla məşğul olan hüquqi vəfiziki şəxslərin maraqlarının qorunması sahəsində fəaliyyətindəndanışıb.
Baş prokuror cari ilin noyabrında dünyanın ən mötəbər beynəlxalqtədbiri olan COP29-un ölkəmizdə keçiriləcəyi barədə görüşiştirakçılarına məlumat verib.
Sessiya zamanı digər natiqlər çıxışlar edib, mövzu ətrafındafikir mübadiləsi aparılıb.
Səfər çərçivəsində Baş prokuror Taylandlı və Laoslu həmkarlarıilə ikitərəfli görüşlər keçirib, əməkdaşlıq perspektivləri müzakirəedilib.
Nümayəndə heyətinin Rusiyaya işgüzar səfəri başa çatıb.