RU

Milli Məclisin yeni trendi: Azərbaycanda mandat da irsi oldu

MSK-nın ilkin məlumatına görə, Azərbaycan parlamentinin yeni tərkibinə əvvəlki deputatların və dövlət məmurlarının övladları və qohumları olan bir qrup şəxs daxil olub:

Günay Əfəndiyeva - baş nazirin keçmiş müavini Elçin Əfəndiyevin qızı;

Günay Ağamalı - keçmiş deputat Fəzail Ağamalının qızı;

Tənzilə Rüstəmxanlı - keçmiş deputat Sabir Rüstəmxanlının həyat yoldaşı;

Samir Vəliyev - keçmiş deputat Əhməd Vəliyevin oğlu;

Pərvanə Vəliyeva - xarici işlər nazirinin müavini Elnur Vəliyevin həyat yoldaşı;

Nigar Məmmədova - keçmiş ədliyyə naziri Fikrət Məmmədovun qızı;

Mahir Süleymanov - Milli Məclisin keçmiş deputatı Tahir Süleymanovun oğlu;

Fariz İsmayılzadə - keçmiş deputat Hadi Rəcəblinin bacısı oğlu.

Politoloq Nəsimi Məmmədli bildirib ki, seçkilərin ilkin nəticələrinə görə, 88 nəfər əvvəlki tərkibdən qalır. 37 nəfər yeni deputatdır. Bu 37 nəfərin 7 nəfəri əvvəllər də deputat olub. Otuz nəfər tamamilə yeni simalardır.  "25 nəfər yeni şəxsin adını Google axtarış sistemi üzərindən belə tapa bilmədim ki, bu adamlar nə işlə məşğul olub", - deyə Məmmədli qeyd edib.
Избранный
89
3
arqument.az

4Источники