Kanada dövləti xarici vətəndaşların ölkəyə girişini azaltmaq üçün yeni qaydalar tətbiq etməyə başlayıb. Manşet.az bu barədə Kanada Sərhəd Xidmətləri Agentliyinə istinadən xəbər verir. Məlumata görə,ölkə hakimiyyəti xarici mütəxəssislərə və tələbələrə daha tez-tez viza verməkdən imtina etməyə başlayıb. Eyni zamanda, verilən təhsil və iş icazələrinin sayı azalıb. İyul ayında Kanada dövləti tələbələr, işçilər və turistlər də daxil olmaqla 6,000-ə yaxın xarici vətəndaşın ölkəyə girişinə rədd cavabı verib. Qeyd edək ki, bu, Kanadada 2019-cu ilin yanvarından bəri ən yüksək rəqəm hesab olunur.