Premyer Liqada yaranmış fasilə futbolçular üçün əla istirahət fürsəti yaradıb.
Xüsusilə avrokuboklarda uzun marafon yaşayan "Zirə"li oyunçulara belə bir pauza göydəndüşmə sayıla bilər.
Təbii ki, milli komandalarda dəvət almayanlar üçün.
Kimisi ölkə xaricində, kimisi də elə Bakıda istirahətin dadını çıxarır.
Birincilər arasında Braziliyalı Rafael Utziq də var.
Əcnəbi futbolçu qısa müddəti fürsət bilərək Dubaya üz tutub.
Amma "Zirə"nin ulduzu həyat yoldaşı ilə keçirdiyi əyləncə dolu gəzintisində belə topu unutmur.
Meydanda rəqibləri üçün başağrısı olan vinger bu dəfə sevgilisi üçün "dözülməz" olub.
Öncə Utzuq qoruduğu qapıdan qol buraxıb.
Lakin ardınca xanımından yediyi qolun qisasını artıqlaması ilə alıb.
XANOĞLAN /SPORTİNFO.AZ
Aşağıdakı linkə daxil olaraq maraqlı görüntülərə baxa bilərsiniz.