RU

Seldən zərər çəkən Banqladeşə Türkiyədən yenidən humanitar yardım göndərilib

Türkiyə Banqladeşdəki seldən zərər çəkənlərə ərzaq, gigiyena bağlamaları, dərman və sığınacaq materialları da daxil olmaqla 53 min 700 paket humanitar yardım materialı çatdırıb.

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya sosial media hesabında yazıb.

O, verdiyi açıqlamada Türkiyənin bütün dünyaya mərhəmət və şəfqət əlini, türk millətinin isə dost və qardaş Banqladeş xalqına yardım əlini uzatmağa davam etdiklərini bildirib.

Yerlikaya, təxminən 6 milyon insana birbaşa təsir edən sel fəlakətindən sonra daşqından zərər çəkmiş bölgələrdə AFAD, Qızıl Aypara, UMKE və qeyri-hökumət təşkilatları tərəfindən humanitar yardım işlərinin fasiləsiz olaraq davam etdiyini deyib.

"İndiyə qədər 53 min qida, gigiyena, dərman və sığınacaq materiallarından ibarət 700 bağlama çatdırılıb".

"Ehtiyacı olanlara humanitar yardım materialları çatdırılıb, qeyri-hökumət təşkilatlarımız tərəfindən isə 51 min 450 ədəd isti yemək paylanıb", - Türkiyənin daxili işlər naziri bildirib.

QAZİLER.AZ.

Избранный
109
1
qaziler.az

2Источники