Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus, virusa yoluxma hallarının geniş yayıldığı Konqo Demokratik Respublikasına (DRC) 99 min meymunçiçəyi peyvəndinin göndərildiyini bildirib.
Redaktor.az xəbər verir ki, Qebreyesus, X sosial media platformasında KDC-nə peyvəndlərin çatdırılması haqqında məlumat verib.
99 min peyvəndin KDC-nə çatdırıldığını və bunun çox yaxşı bir hal olduğunu qeyd edən Qebreyesus deyib ki, bu həftə sonu KDC-nə əlavə 101 min doza peyvəndin çatdırılması gözlənilir.
Qebreyesus, ÜST və tərəfdaşlarının KDC hökumətinin hadisələrin aşkarlanması, kontaktların izlənməsi, məqsədyönlü peyvəndləmə və cəmiyyətin bu mübarizədə iştirakı üçün hərtərəfli "sağlamlıq fövqəladə reaksiyasını" dəstəklədiyini bildirib. O, həmrəylik və peyvənd mübadiləsi üçün Avropa İttifaqına təşəkkür edib.
Seymur BƏNNAYEV