Türkiyənin Qaziantep bölgəsində iki nəqliyyat vasitəsinin iştirakı ilə ağır yol qəzası baş verib. Avtosfer.az İHA-ya istinadən xəbər verir ki, hadisə sentyabrın 4-də axşam saatlarında Yavuzeli-Qaziantep yolunun 11-ci kilometrliyində, Halilbaş məhəlləsi ərazisində qeydə alınıb.
Məlumata görə, İsmayıl Aydının idarə etdiyi 27-ASZ-755 qeydiyyat nömrə nişanlı “Volkswagen” markalı minik avtomobili, eyni istiqamətdə hərəkətdə olan Ömər Çelikin idarə etdiyi 02-AEP-592 qeydiyyat nömrə nişanlı “Ford” markalı buğda yüklü yük maşınına arxadan çırpılıb. Zərbənin təsirindən minik avtomobili deformasiyaya uğrayıb.
Qəza nəticəsində 2 nəfər (Esma (11) və Zeynep (14) olan yeniyetmə bacılar) ölüb, 8 nəfər isə yaralanıb.
Yaralılar, hadisə yerinə cəlb edilən ambulanslarla yaxınlıqdakı xəstəxanaya aparılıblar.
Faktla bağlı araşdırma aparılır.
Namiq Musayev