RU

“Google” “Android 15”in stabil versiyasını buraxdı


Uzun beta sınaq prosesindən sonra “Google” yeni “Android 15” əməliyyat sisteminin stabil versiyasını təqdim edib.
Yeniavaz.com
xəbər verir ki, mənbə kodu artıq “Android Open Source Project” bir hissəsi kimi mövcuddur, lakin istifadəçilər yeni ƏS-ni cihazlarına yükləyə bilmirlər.
Hələlik “Android 15”in son versiyası yalnız tərtibatçılar üçün buraxılıb və adi istifadəçilər yeni funksiyalardan yararlanmaq üçün bir müddət gözləməli olacaqlar.
Bildirilir ki, yeni ƏS-nin əsas yenilikləri arasında səsli köməkçidən istifadə edərək musiqini tanımaq qabiliyyətini və cihazın ekranından mətn oxumaq funksiyasını qeyd etmək lazımdır.
Həmçinin ƏS-nin yeni versiyasında məlumatların mühafizəsi əhəmiyyətli dərəcədə yaxşılaşdırılıb, böyük ekranlı müxtəlif qurğular üçün multitaskinlik optimallaşdırılıb və əməliyyat sistemi artıq istifadəçini zəlzələlər barədə xəbərdar edə bilir.
“Android 15” ƏS yeniləməsini alan ilk qadcetlər “Google”dan “Pixel” smartfonları olacaq. Digər istehsalçılar üçün tarixlərin tezliklə açıqlanacağı gözlənilir.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
88
yeniavaz.com

1Источники