Altayda 41 yaşlı qadın əri tərəfindən döyülüb və xəstəxanaya yerləşdirilib.
Bakupost.az xəbər verir ki, 9 uşağı olan kişi 2 ildir 10-cu uşağı istəsə də, qadın hamilə qala bilmirdi.
Bir neçə dəfə arvadını döyən kişi bu dəfə sərxoş halda qadını yerə yıxaraq, başından benzin tökərək onu yandırmaqla hədələyib.
Polislər kişini yaxalayıb, qadını isə xəstəxanaya yerləşdiriblər.
Yerli hökumət çoxuşaqlı ailəyə dövlət dəstəyi olduğunu bildirib.
Aygün Musayeva
BakuPost