Münhendə naməlum şəxs İsrail konsulluğunda terror aktı törətməyə cəhd edib.
Sfera.az xəbər verir ki, silahlı şəxs İsrail konsulluğu yaxınlığında alman polisinə atəş açıb. Cavab atəşinin açıldığı və şübhəlinin yaralandığı bildirilir. Atışma baş verən ərazini polis artıq mühasirəyə alıb.
Qeyd edək ki, bu şok hadisə 1972-ci il Münhen Olimpiadasının ildönümünə təsadüf edir. Həmin vaxt “Qara Sentyabr” adlı Fələstinlilərdən ibarət qruplaşmanın törətdiyi partlayış zamanı 11 israilli idmançı öldürülmüşdü.
Münhendə polis məmurları naməlum kişini İsrail Baş Konsulluğu və şəhərin Nasist Sənədləşdirmə Mərkəzi qarşısında atəş açmağa başladıqdan sonra zərərsizləşdirə biliblər.
Münhen polisi Briennerstrasse və Carolinenplatz bölgələrində genişmiqyaslı əməliyyatın keçirildiyini, ərazini mühasirəyə aldığını və hadisə yerinə vertolyotların yerləşdirdiyini təsdiqləyib. Onlar atəş açan şəxsin zərərsizləşdirilərkən vurulduğunu və vəziyyətinin ağır olduğunu təsdiqləyiblər.
Şübhəlinin polis postlarına da bir neçə dəfə atəş açdığı bildirilir. Onu da qeyd edək ki, yer də təsadüfən seçilməyib. İsrail Konsulluğunda həmçinin Nasist Partiyasının keçmiş qərargahı olan Münhen Nasist Sənədlər Mərkəzi yerləşir və hazırda şəhərin sirli tarixini öyrənir.
Atışma anını yerli sakinlər lentə alıb.
Schüsse vor dem israelischen Generalkonsulat in München. Das NS-Dokuzentrum ist direkt nebenan. pic.twitter.com/k1r819o9Rj
— Ronen Steinke (@RonenSteinke) September 5, 2024
Münhen polisi şübhəlinin silahlı zabitlər tərəfindən güllələndiyini və vəziyyətinin ağır olduğunu təsdiqləyib. Başqalarının xəsarət alıb-almadığı məlum deyil.
Yaşadığı mənzilin pəncərəsindən baş verənləri lentə almağa çalışan alman jurnalistin sosial şəbəkələrdə yaydığı şok görüntülərdə atəş səsləri eşidilir.
Münhen Təhlükəsizlik Konfransının (MSC) sədr müavini və baş icraçı direktoru Benedikt Franke baş verənlərlə bağlı danışıb.
"Münhenin mərkəzində Nasist Sənədləşdirmə Mərkəzinin düz yanında yerləşən ofisimiz hazırda polis tərəfindən mühasirəyə alınıb. Əməkdaşlarımız təcrid olunub. Düz 09:10-da güclü partlayış və azı onlarla atəş səsi eşidildi. Hazırda küçəyə böyük bir təcili yardım kontingenti yerləşdirilib”.
Atışma xüsusilə həssas bir tarixdə - 1972-ci il Münhen Olimpiadasının bombalanmasının ildönümündə baş verib.
1972-ci ildə Münhen Olimpiadasında terror aktı
1972-ci il qırğını sentyabrın 5-də səhər tezdən, “Qara Sentyabr” terror qruplaşmasının səkkiz silahlı üzvü Münhendəki Olimpiya kəndinə soxulub. Onlar İsrail Olimpiya komandasının yaşadığı mənzillərə daxil olmaq üçün oğurlanmış açarlardan istifadə edib və insanları girov götürüblər.
Bəzi komanda üzvləri müqavimət göstəriblər, bu zaman iki idmançı öldürülüb.
Bundan sonra qrup 9 nəfəri girov götürüb. Qrup nümayəndəsi İsrail həbsxanalarında saxlanılan 234 fələstinli məhbusun, eləcə də Qərbi Almaniyadakı Qırmızı Ordu fraksiyasının liderləri Ulrike Meinhof və Andreas Baaderin azad edilməsini tələb edib.
“Qara Sentyabr” həmçinin qaçmaq üçün təyyarə tələb edib.
Terrorçu qrupla danışıqlara gedib-getmənəklə bağlı müzakirələrdən sonra Qərbi Almaniya hakimiyyəti son nəticədə böhranı həll etməyin yeganə yolunun xilasetmə cəhdi olacağı qənaətinə gəlib.
“Qara Sentyabr”la girovları yaxınlıqdakı Fürstenfeldbruk aviabazasına daşımaq imkanı verən müqavilə bağlamaq qərarına gəlinib.
Qərbi Almaniya polisi terrorçuları gizli şəkildə pusquya salmaq qərarına gəlsə də, rabitənin zəif olması, planın düzgün qurulmaması və bütün terrorçuları məhv etmək üçün kifayət qədər sayda snayper olmaması səbəbindən plan uğursuzluqla nəticələnib.
Hava limanında “Qara Sentyabr”ın üzvləri Qərbi Almaniya polisi ilə şiddətli atışmaya giriblər. Bütün girovların uğurla xilas edildiyi barədə mətbuatın vaxtından əvvəl verdiyi xəbərlərə baxmayaraq, uğursuz xilasetmə cəhdi nəticəsində onların hamısı həlak olub. Bütün terrorçular isə sentyabrın 6-da məhv edilib.
Xatırladaq ki, bu yaxınlarda da moda sənayesində Münhen Olimpiadasının mövzusu gündəmə gəlib. Xəbər verdiyimiz kimi, “Adidas” fələstinli model Bella Hadidi 1972-ci ildə yenilənmiş idman ayaqqabılarını reklam etmək üçün çəkilişə dəvət edib. Böyük bir qalmaqala görə isə reklam kampaniyası dayandırılıb və “Adidas” üzr istəyib.
Xanım
Sfera.az