Bakı. Trend:
Azərbaycanda ilk dəfə olaraq bir çox media xidmətini bir aradatəqdim edən "MediaServis" adlı internet platforması fəaliyyətəbaşlayıb.
Bu barədə Trend-ə platformanın rəhbəri jurnalist Elgün Mənsimovməlumat verib.
Onun sözlərinə görə, ölkə mediası üçün yeni olan bu platformadamedia sahəsinə aid xidmətlər peşəkar səviyyədə təqdim ediləcək.Xidmətlərlə tanış olmaq üçün www.mediaservis.az saytına daxil olmaq lazımdır. Saytüç dildə - Azərbaycan, rus və ingilis dillərində yayımlanır.
E.Mənsimov qeyd edib ki, sifariş əsasında "MediaServis"tərəfindən istənilən mövzu və janrda məqalələr, reportajlarhazırlanır və redaktə olunmuş formada sifarişçiyə təqdim olunur."MediaServis" xəbər, məqalə, elan və reklamların sayt və qəzetlərdədərcini də təşkil edir. Bundan başqa, istənilən mövzuda olanməqalələrin ingilis, rus və fransız dillərinə tərcüməsi (eləcə dəəksinə) edilir: "Bütün bunlar media sektorunda çalışan təcrübəlijurnalist və tərcüməçilər tərəfindən həyata keçirilir. Eynizamanda, sifariş əsasında müxtəlif sahələr üzrə obyektlərə, idarəvə müəssisələrə mediaturlar təşkil edilir, həmçinin jurnalistlərinkonfranslarda, müxtəlif tədbirlərdə iştirakı təmin olunur. Tədbirvə mərasimlərin peşəkar foto və videoçəkilişləri də bizim xidmətsahələrinə daxildir".
Platformanın rəhbəri bildirib ki, "MediaServis" xüsusən dəkütləvi informasiya vasitələri (KİV) üçün bir özəllik təqdim edir.Belə ki, istənilən media obyektinin məsul şəxsləriwww.mediaservis.az-a daxil olaraq “Xəbər al” bölməsində təqdimolunan özəl xəbərləri və araşdırma yazıları əldə edə və onu özməhsulları kimi media resurslarında dərc edə bilərlər. Məhsulu alanşəxsə müəlliflik hüququ da verilir. Müəlliflik hüququ verilməyənməqalələrdə isə “MediaServis”ə istinad mütləqdir.
Həmçinin, bu sayt üzərindən jurnalistlər, eləcə də ayrı-ayrışəxslər (istənilən vətəndaş) maddi gəlir əldə edə bilərlər. Beləki, onlar özəl xəbər və araşdırma yazılarını www.mediaservis.az vasitəsilə sata biləcəklər. Təqdimedilən yazılar plagiat olmadan, maraqlı, gündəmə uyğun, eləcə dəpeşəkar yazılmalıdır. Bu yazılar ekspert qrupu tərəfindəndəyərləndirildikdən sonra saytın ana manşetində - "XƏBƏR AL"bölməsində bağlı formada yerləşdirilir. Həmin xəbər və ya məqaləöncədən müəyyən edilmiş məbləğə satıldığı təqdirdə bu məbləğin 90faizi müəllifə təqdim olunur. Bu zaman anonimliyə tam zəmanətverilir.
E.Mənsimov əlavə edib ki, “MediaServis”in göstərdiyixidmətlərlər bunlarla da bitmir. Platforma KİV-də monitorinq,konfrans və tədbirlərin təşkili, media hüquq məsləhətxanası kimiəlavə xidmətlər də təqdim edir.