RU

ABŞ-dan rus hakerlərə xəbərdarlıq: İzinizə düşmüşük!

Birləşmiş Ştatlar beş Rusiya kəşfiyyat xidmətinin əməkdaşı və bir Rusiya mülki vətəndaşına qarşı irimiqyaslı kiberhücumu ilə əlaqədar cinayət işi qaldırıb. Amerikalı ittihamçılar bu şəxslərin əməlini Rusiyanın Ukraynaya hücumunda ilk mərhələ kimi dəyərləndirir.

ABŞ Ədliyyə Nazirliyinin açıqladığı ittihamnamədə ruslar 2022-ci ilin yanvarında "WhisperGate" adlı malveyr hücumunda günahlandırılır. Həmin hücumun məqsədi rus qoşunlarının hücumundan öncə Ukraynanın mülki infrastrukturunu sıradan çıxarmaq olub.

Haker hücumunda Ukraynanın hərbi sektora dəxli olmayan ədliyyə, qida təhlükəsizliyi, və təhsil sahələri, habelə ABŞ da daxil olmaqla bir çox NATO ölkələri hədəf alınıb.

"Federal Təhqiqatlar Bürosu (FBI) bizim tərəfdaşlarımız və müttəfiqlərimizlə bərabər bu təhlükələri yorulmadan təqib edəcək," FBI Xüsusi Agenti Bill DelBagno deyib. "Bu cür kiber-müharibə üslubuna dözmək olmaz. Rusiyanın cinayətlərinin miqyası nəzərdən qaçırılmamlıdır."

FBI iyun ayında “Oyuncaq Əsgər” kodlu əməliyyat nəticəsində 22 yaşlı Rusiya vətəndaşı Amin Stiqala qarşı cinayət işi qaldırmışdı.

Yeni ittihamnamədə Stiqalın əlbir olduğu Rusiya Baş Kəşfiyyat İdarəsinin (QRU) əməkdaşları Vladislav Borovkov, Denis Denisenko, Yuri Denisov, Dmitri Qoloşubov və Nikolay Korçaginin adları çəkilir.

FBI rəsmiləri deyirlər ki, QRU bölməsi Cadet Blizzard, Ember Bear and Dev-0586 kimi müxtəlif kod adları altında fəaliyyət göstərərək Avropada, Mərkəzi Amerikada və Asiyada həyat əhəmiyyətli infrastrukturları hədəf alıb.

Yeni ittihamlardan əlavə, ABŞ hökuməti cinayət ittihamlarında adı hallanan şəxslərin tutulması üçün $10 milyon dollar mükafat təyin edib.

Rəsmilər altı Rusiya vətəndaşının yaxalanması üçün Interpolla əməkdaşlıq edirlər.

"Onlar nişangahdadırlar," ABŞ Baş Prokurorunun müavini Metyu Olsen bildirib. "Biz onların kim olduğunu bilirik. Onların başına mükafat qoyulub və biz onları durmadan təqib edəcəyik."

visiontv.az



Избранный
27
visiontv.az

1Источники