Azərbaycanın ən iri bankı ABB ölkənin avtomobil bazarını araşdırıb və bazarda ən populyar avtomobillərin orta qiymətini çıxarıb.
Banker.az xəbər verir ki, 2024-cü ilin sentyabrına qədər olan göstəricilərə əsasən, Rusiya istehsalı olan “VAZ2107” hələ də ölkədə ən çox saya malikdir və onların orta qiyməti 5739 manat təşkil edib.
İkinci sırada “Opel Astra”dır və onun orta qiyməti isə 9 852 manat təşkil edir. “VAZ2106″nın qiyməti 3 852 manat, “KIA Sorento” isə37 225 manat olub.