Peskov mətbuat üzərindəki senzuranı haqlı hesab edir
Müharibə zamanı informasiyaların yayılmasına tətbiq edilən məhdudiyyətlər və senzura mütləqdir.
Reyting.az TASS-a istinadla xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ölkəsində mediaya tətbiq edilən məhdudiyyətlərdən danışarkən deyib.
Peskov müharibə vəziyyətində mətbuat üzərindəki qadağaları haqlı hesab edir.
O, Rusiyada azad mətbuat olacağını da istisna etmir: “Müharibə tam bitəndə və istənilən müharibə sülhlə başa çatdıqda tam məlumat azadlığı olmalıdır”.