RU

“Telegram”ın təsisçisi Durov Rusiyanın diplomatik yardımından imtina edib

Telegram messencerinin həmtəsisçisi Pavel Durov Rusiya və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) ona təklif etdiyi diplomatik yardımdan imtina edib.

Azpost.info bildirir ki, bu barədə “Politico” qəzeti yazır.

“Sözügedən şəxs Rusiyadan konsulluq müdafiəsindən və BƏƏ konsulluğunun nümayəndəsinin görüşüdən imtina edib. Lakin BƏƏ səfirliyini vəziyyətlə bağlı məlumatlandırmağa razılaşıb”, – mənbə bildirib.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın sözlərinə görə, Parisdəki rus diplomatlar Durovun saxlanması ilə bağlı vəziyyətdə lazım olan hər şeyi ediblər. O qeyd edib ki, konsulluq müraciəti edilib.

Избранный
109
2
azpost.info

3Источники