ABŞ administrasiyası cümə günü Ukraynaya 250 milyon dollar məbləğində növbəti hərbi yardım paketini elan edəcək.
İqtisadiyyat.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ABŞ-nin müdafiə naziri Lloyd Ostin bildirib.
“ABŞ Prezidenti Co Bayden bu gün Ukraynaya 250 milyon dollar məbləğində əlavə təhlükəsizlik yardımı paketinin ayrıldığını elan edəcək”, – o deyib.