RU

Şabranda Qərbi Azərbaycana qayıdış imkanları barədə layihə icra olunub

 

Şabran şəhər İcmasının İnkişafı üzrə Təlim və Resurs ictimai birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Şabran rayonunda  məskunlaşmış Qərbi Azərbaycanlı soydaşlarımız arasında əzəli torpaqlarımıza  qayıdış  imkanlarının   təbliği” layihəsini həyata keçirmişdir.       

 Layihə çərçivəsində Şabran rayonunun Şabran  şəhərində   7 ailədə, Kilvar kəndində 13 ailədə, Ağbaş kəndində  1 ailədə, Xəlfələr  kəndində 1  ailədə, Yeləkəsən kəndində 1 ailədə, Taxtalar kəndində 2 ailədə olmaqla ümumilikdə 25 ailədə və Qarabağlı Qaçqın və Məcburi Köçkünlər üzrə nümayəndəlikdə  sakinlərin iştirakı ilə   qayıdış prosesi mövzusunda  maarifləndirici görüşlər keçirilmişdir.

Görüş iştirakçılarına Agentliyin maliyyə dəstəyi,  ictimai birliyin təşkilatçılığı ilə  nəşr etdirilmiş “Qərbi Azərbaycan əzəli və əbədi torpağımızdır” adlı kitablar paylanılmışdır. 

Tarixi torpaqlarımıza kənar ölkələrin ərazisindən köçürülmüş bədnam ermənilər tərəfindən öz havadarlarına arxalanaraq zaman-zaman xalqımıza qarşı törətdiyi soyqırımlar  və deportasiyalar  nəticəsində əzəli yurd yerlərindən didərgin salınan, uzun müddət torpaq nisgili ilə yaşamış soydaşlarımızın məskunlaşdığı  şəhər və kəndlərdə belə aktuallıq kəsb edən mövzu ətrafında hazırlanmış layihənin həyata keçirilməsini  qayıdış prosesinə yönəlik  addım olduğu sakinlər minnətdarlıq hissi ilə  qarşılamışdılar.   

Görüşlər başa çatdıqdan sonra iştirakçılar tərəfindən  yekdilliklə hazırlanaraq  təsdiq edilmiş bəyanat qəbul edilmişdir. Bəyanatda Qərbi Azərbaycanın şəhər və kəndlərindən didərgin salınmış və hazırda Şabran rayonunda məskunlaşmış   azərbaycanlıların  daim  öz doğma torpaqlarına qayıtmaq  əzmində olduqlarını, əzəli torpaqlarımıza, yurd yerlərimizə qayıdışı  mütləq şəkildə dəstəklədiklərini, Ermənistan tərəfinin  isə ədalətin bərpa olunmasını yubatmaqla  qayıdış prosesinin davamlı həlli  istiqamətində irəliləyişə yardım etmədiyini qeyd etmişdilər.  

        Bununla da Şabran rayonunda məskunlaşmış  Qərbi Azərbaycanlı soydaşlarımız Ermənistan hökumətini beynəlxalq insan hüquqlarının öhdəliklərinə hörmət etməyə və Ermənistandan qovulmuş azərbaycanlıların qayıdışına şərait yaratmağa çağırmışdır.

Qərbi Azərbaycanlılar  qayıdışına xalqımızda  inam hissi çox güclüdür. Bu  inamı və əminliyi bizdə Möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin liderliyi və möhkəm iradəsi yaratmışdır. 

30 il ərzində erməni vandallarının viranəyə çevirdiyi Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa, quruculuq işləri, o yerlərə doğma sakinlərimizin  qayıdışı bu ümidləri daha da artırmışdır.. 

Şabran şəhərinin Heydər Əliyev prospektində yerləşən Zərifə Əliyeva adına parkda layihənin davamlı təsir imkanlarını artırmaq məqsədilə tarixi Azərbaycan torpaqlarının əhatə etdiyi coğrafi ərazi və tarixi faktlar əsasında hazırlanmış xəritə -  iri ölçülü lövhə-panno quraşdırılmışdır.

Gülsənəm Əmrahova

İctimai birliyin sədri, layihə rəhbəri:                                                 

       

 

 

Избранный
54
1
xalqqazeti.az

2Источники