RU

Qırğızıstan-Özbəkistan sərhədində 14 il əvvəl bağlanan keçid məntəqəsiAÇILACAQ

Qırğızıstan-Özbəkistan sərhədindəki "Karasuu" keçid məntəqəsi yaxın günlərdə açılmağa hazırlaşır.

Redaktor.az xəbər verir ki, bu barədə “Turmush.kz” məlumat yayıb.

Prezident Sadir Japarovun Oş vilayəti üzrə səlahiyyətli nümayəndəsi Elçibek Jantayevin sözlərinə görə, bu məntəqə istifadəyə verilərsə, “Dostlik Avtodorojnıy” keçid məntəqəsində yük azalacaq.

 Aparılan yenidənqurma işləri çərçivəsində “Korasuv” keçid məntəqəsinə qədər uzanan yollar genişləndirilib. Keçid məntəqəsi bu gün açılmağa hazırdır. Bu məntəqədə Qırğızıstan və Özbəkistan vətəndaşları dövlət sərhədini keçirlər.

Qeyd edək ki, “Karasuu” keçid məntəqəsi 2010-cü ildən bağlanıb.

Sevinc İBRAHİMZADƏ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
26
redaktor.az

1Источники