RU

Dünyada ən çox hansı ölkələrə səyahət edilib? - ARAŞDIRMA

Ötən il səyahət və turizmin qlobal ümumi daxili məhsula (ÜDM) töhfəsi 9,9 trilyon ABŞ dolları təşkil edib.

İqtisadiyyat.az-ın araşdırmasına görə, bu da 2019-cu illə müqayisədə təxminən 4 faiz azdır.

Bu rəqəmin 2024-cü ildə 11,1 trilyon ABŞ dollarına çatacağı proqnozlaşdırılır.

Statistik göstəricilərə əsasən, 2019-cu ildən 2023-cü ilə qədər səyahət və turizmin qlobal ÜDM-ə töhfəsi belə olub:

İllər

Töhfə

2019

10,3 trilyon dollar

2023

9,9 trilyon dollar

2024 - proqnoz

11,1 trilyon dollar

2034 - proqnoz

16 trilyon dollar

 

Ümumillikdə, 2034-cü ildə turizmin qlobal ÜDM-ə rekord səviyyədə töhfə verəcəyi proqnozlaşdırılır.

Bəs hansı ölkələr ÜDM-ə ən yüksək səyahət və turizm töhfəsini verib?

Məlumata görə, ABŞ və Çin səyahət və turizmin ÜDM-ə töhfəsinə görə dünyanın aparıcı səyahət bazarları hesab olunur. Bu ölkələrin ardınca Almaniya, Böyük Britaniya və Yaponiya gəlir.

Dünyada ən çox ziyarət edilən ölkələr hansılardır?

2023-cü ildə dünya üzrə beynəlxalq turistlərin sayı əvvəlki ilə nisbətən əhəmiyyətli dərəcədə artıb, lakin pandemiyadan əvvəlki göstəricilərdən aşağı olub. Belə ki, ötən il dünya üzrə beynəlxalq turistlərin sayı 1,3 milyard nəfər olub. Halbuki, 2019-cu ildə turistlərin sayı 1,4 milyard nəfər olub.

Bu dövrdə Avropa ən çox beynəlxalq turisti cəlb edən region olub. 2023-cü ildə Avropaya gələn turistlərin sayı əvvəlki ilə nisbətən əhəmiyyətli dərəcədə artsa da, pandemiyadan əvvəlki səviyyələrə çata bilməyib.

Həmin il Fransa 100 milyon turisti qarşılayaraq dünya üzrə ən çox səfər edilən ölkə olub. Dünya Turizm Təşkilatı (UNWTO) hesabatına görə, ötən il dünyada ən çox ziyarət edilən ölkələrin siyahısı belədir:

Ölkələr

Turist sayı

Fransa

100 milyon nəfər

İspaniya

85,1 milyon nəfər

Amerika Birləşmiş Ştatları

66.4 milyon nəfər

İtaliya

57.2 milyon nəfər

Türkiyə

55.1 milyon nəfər

Meksika

42.1 milyon nəfər

Böyük Britaniya

37.2 milyon nəfər

Almaniya

34.8 milyon nəfər

Yunanıstan

32.7 milyon nəfər

 

Bundan əlavə, səyahət və turizm ötən il dünya üzrə birbaşa və dolayı yolla təxminən 330 milyon iş yeri yaradıb. Bu rəqəmin bu il pandemiyadan əvvəlki səviyyələri keçərək təqribən 348 milyona çatacağı proqnozlaşdırılır.

 

Gözəl Həşimova

Избранный
458
32
iqtisadiyyat.az

10Источники