“Optimal”ın 17 minlik əşyalarını mənimsəyən qadına elektron qolbaq taxıldı - TƏFƏRRÜAT
Ağdaş Rayon Məhkəməsində mənimsəmədə təqsirləndirilən Maya Quliyevanın (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Aygün Mürsəlovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.Məhkəmənin hökmü ilə o, 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib.İttihama görə, Maya Quliyeva “Elit Optimal” MMC-nin Ağdaşdaşda yerləşən “Optimal” mağazasında menecer vəzifəsində çalışıb. O, maddi məsul şəxs kimi işləyərkən 21 iyul 2023-cü il tarixdən 19 oktyabr 2023-cü il tarixədək olan müddət ərzində həmin mağazanın ümumilikdə 17 299 manat dəyərində əşyalarını mənimsəyib.İstintaq dövründə onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdi.
Xəbərin oxunma sayı :
64
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта