RU

Gecə Bakıda baş verən ağır qəzanın ANBAAN GÖRÜNTÜLƏRİ

Müşahidə kameralarının qeydə aldığı yol-nəqliyyat hadisəsi ötən gün axşam saatlarında Yasamal rayonu, Abbas Mirzə Şərifzadə və Əsəd Əhmədov küçələrinin kəsişməsində baş verib.

Azreform.info xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Qəza zamanı 1 ədəd piyada işıqforu yararsız hala düşüb.

"Bəzi sürücülərin avtomobil idarə edərkən sürət həddinə əməl etməməsi, işıqforun qırmızı işığından keçməsi bu qurğunun və onun idarəetmə qutusunun yararsız hala düşməsi ilə nəticələnən yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olur. Cari ilin əvvəlindən bu vaxta qədər avtomobil qəzaları nəticəsində 20-dən çox işıqfor sıradan çıxıb. DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən həmin işıqforların yenisi ilə əvəz edilməsi istiqamətində qısa vaxt ərzində işlər görülüb. Ancaq yararsız vəziyyətə düşən işıqforların yenisi ilə əvəz edilməsi bir neçə gün çəkdiyini nəzərə alsaq, təbii ki, qəzalar zamanı yaranan bu problemdən əziyyət çəkən elə sürücülərin özləri və piyadalar olurlar.

Buna görə də bir daha bildiririk ki, sürücülər, xüsusilə də yol kəsişmələrinə daxil olduqda sürət həddinə və işıqforun tələblərinə ciddi əməl etsinlər", - məlumatda qeyd edilib.

Избранный
94
9
azreform.info

10Источники