“Gəncə” bolqarıstanlı voleybolçu Nikol Duleva ilə müqavilə imzalayıb.
Offsideplus.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
23 yaşlı oyunçu 2023/2024-cü il mövsümünü İsveçrənin VFM klubunda keçirib. Nikol Duleva Fransanın “Stella Calais”, “Romans”, “Vandoeuvre Nancy”, ölkəsinin isə “Kazanlak” və “Rakovski” komandalarının da şərəfini qoruyub.
Qeyd edək ki, “Gəncə” bu transferədək yerli voleybolçular Yuliya Kərimova, Nərminə Musayeva, Fidan Azayeva, Amina Ramazanova, Asiyat Abuyeva, Xanım Cəlilova, rusiyalı Anastasiya Atepalina, Mariya Tuşova, tailandlı Tiçakorn Bunlert, ukraynalı Olena Napalkova və braziliyalı Kerolayn Ferreira Perottonu heyətinə qatıb.