RU

BDU-da “Ümummilli Lider: Heydər Əliyev mühazirələri” layihəsinin ilk görüşü

Bakı, 6 sentyabr, AZƏRTAC

Bakı Dövlət Universiteti və “BDU könüllüləri” təşkilatı Gənclər Fondunun dəstəyi ilə “Ümummilli Lider: Heydər Əliyev mühazirələri” layihəsinə başlayıb. Layihənin ilk qonağı BDU-nun Tarix fakültəsinin müəllimi Anar Həmidov olub.

Universitetdən AZƏRTAC-a bildirilib ki, görüşdə Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov Ümummilli Lider, BDU-nun dünyaşöhrətli məzunu Heydər Əliyevin siyasi irsinin xalqımızın milli sərvəti olduğunu deyib. Azərbaycan gəncləri Ulu Öndərin öz xalqına qoyub getdiyi zəngin və tükənməz irsdən faydalanaraq layiqli vətəndaş kimi yetişir və ölkəmizin inkişafına mühüm töhfələr verirlər. O qeyd edib ki, BDU hər zaman gənclərin milli ideologiya əsasında inkişafını prioritet məsələ kimi qarşıya qoyur. Gənclər Fondunun dəstəyi ilə keçirilən layihə də buna əyani sübutdur.

Daha sonra Tarix fakültəsinin müəllimi Anar Həmidov “Heydər Əliyev hakimiyyəti dövründə kadr siyasəti” mövzusunda məruzə edib. O, Ümummilli Liderin daxili siyasəti, ölkədə sabitliyin, sosial və iqtisadi inkişafın təmin olunmasına yönəlmiş addımları haqqında tələbələrə məlumat verib. Bildirib ki, Ulu Öndərin hakimiyyəti dövründə kadr siyasəti ölkədə səmərəli idarəçilik sisteminin qurulmasına yönəldilib və əsas siyasi xətt kimi formalaşıb. Ulu Öndər dövlət idarəetməsində ixtisaslı kadrların yetişdirilməsinə və onların peşəkarlığının artırılmasına böyük önəm verirdi. Ümummilli Liderin respublikaya rəhbərliyinin hər iki dövründə siyasi, iqtisadi, mədəni, elm və təhsil, sosial rifah istiqamətlərində atılan addımlar, reallaşdırılan iri layihələr müasir müstəqil Azərbaycanın təməlini qoyub.

Görüş tələbələrin mövzu ilə bağlı suallarının cavablandırılması ilə başa çatıb.

 

Избранный
59
1
azertag.az

2Источники