İqtisadiyyat Nazirliyinin İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyindəki Yevlax Pilot Aqroparkda fərdi sahibkar Məmmədov Asif Akif oğluna rezidentlik verilib. SİA Agentliyə istinadən xəbər verir ki, yeni rezident 21,4 hektar sahədə investisiya dəyəri 200 min manat olan intensiv meyvə bağları salacaq, 3 nəfəri daimi, 8 nəfər isə mövsümi işlə təmin edəcək.
Yevlax Pilot Aqroparkda fermerlər dövlət vəsaiti hesabına infrastrukturla təmin edilir, “pir pəncərə” prinsipi və ağıllı idarəetmə sistemi tətbiq olunur. Aqroparkın 5 rezidentinə nazirlik yanında Sahibkarlığın İnkişafı Fondu 7,1 milyon manat güzəştli kredit verib.