6 sentyabr 2024-cü il tarixində Bakı Fond Birjasında “GL” ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşmışdır.
Marja.az Birja-ya istinadən xəbər verir ki, 400 min manatlıq iatiqrazlara 1 investor 1 sifariş təqdim edib. İstiqrazlar tam həcmdə yerləşdirilib.
İstiqrazlar üzrə məlumatlar aşağıdakı kimidir:
Emitentin adı: “GL” ASC
Dövlət qeydiyyat nömrəsi – İSİN: AZ2032020284
İstiqrazların növü və forması: İstiqrazlar faizli, təmin edilməmiş sənədsiz adlı
Ticarət üsulu/forması: Kütləvi/Birqiymətli
İstiqrazların sayı: 400 (ədəd)
İlkin ticarət qiyməti: 1 000 manat
İstiqrazların buraxılış həcmi: 400 000 manat
Hərrac qiyməti: 1000 manat
İllik gəlirlilik faizi: 15%
İstiqrazların reallaşdırılmış həcmi: 400 000 manat
İstiqrazların sifarişlərinin ümumi həcmi (nominal qiymətlə): 400 000 manat
İnvestor sayı: 1
Sifariş sayı: 1
Ödəmə Periodu: Hər ayda bir dəfə (hər bir ayın 30 (otuz) gün olduğunu qəbul etmək şərti ilə)
Tədavül müddəti: 5 il
İstiqrazılarn ödəmə tarixi: 06.09.2029
Anderrayter: “İNVEST-AZ İ.Ş.” QSC