Bakı. Trend:
Estoniyanın Tallin şəhərində cüdo üzrə gənclər arasında Avropaçempionatı davam edir.
Trend İdman.biz-əistinadən xəbər verir ki, 2-ci yarış günündə 3 cüdoçumuz tatamiyəçıxıb.
Vüsal Qələndərzadə (73 kq) və Süleyman Şükürov (81 kq) uğurluçıxış edərək yarımfinala yüksəlib.
Avropa çempionatı
73 kq
Vüsal Qələndərzadə 1/16 final mərhələsində kosovolu DionŞarapollini üstələyib. O, daha sonra Emre Karadumana (Türkiyə)qalib gəlib. Qələndərzadə1/4 finalda Peter Jeanı yolundankənarlaşdıraraq yarımfinala yüksəlib. O, növbəti rəqibi MateBeruaşvilini (Gürcüstan) də məğlub edib. Qələndərzadə finaldabolqarıstanlı rəqibi Dimitar Qospodinovu məğlub edərək fəxrikürsünün ən yüksək pilləsinə qalxıb.
İlk mərhələdə güləşməyə başlayan Aydın Rzayev İbrahim Demirəldən(Türkiyə) üstün olub. O, daha sonra Vlad Mitru (Moldova) üzərindəqələbəni təmin edib. Rzayev 1/8 fianalda danimarkalı MorqanErrboeyə məğlub olub. Rəqib 1/4 finalda uduzduğu üçün Aydınmübarizəni dayandırıb.
81 kq
Süleyman Şükürov da 1/16 finaldan başlayıb. O, ilk olaraq PetrovKesova (Kipr) qalib gəlib. Şükürov daha sonra Luka Zorotoviç(Xorvatya) və Luka Cavakhişvilini (Gürcüstan) məğlub edərəkyarımfinala yüksəlib. Süleyman final uğrunda görüşdə İqor Tsurkanı(Ukrayna) üstələyib. Şükürovun həlledici görüşdə rəqibi gürcüstanlıAleksadre Loladze olacaq.
Qeyd edək ki, ilk gündən sonra millimizin aktivində 2 qızıl, 1gümüş medal var. Könül Əliyeva (48 kq) və Fidan Əlizadə (57 kq)fəxri kürsünün ən yüksək pilləsində yer alıb. Nizami İmranov (60kq) gümüş medal qazanıb.