Azərbaycanda yanvar-iyul ayları üzrə könüllü tibbi sığorta üzrə yığımlar və ödənişlərin həcmi açıqlanıb.
FED.az Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, bu ilin yanvar-iyun aylarında bu növ sığorta üzrə yığımlar 87 milyon 564 min manat təşkil edib.
Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1 milyon 912 min manat və ya 2% çoxdur.
Ötən ilin yanvar-iyul aylarında bu göstərici 85 milyon 651 min manat təşkil edib.
Bu dövrdə bu növ sığorta ödənişləri 54 milyon 146 min manat təşkil edib ki, bu da illik müqayisədə 13 milyon 116 min manat və ya 32% çoxdur.
Ötən ilin eyni dövründə 41 milyon 30 min manat sığorta ödənişləri edilmişdi.
Hesabat dövründə zərərlilik göstəricisi isə 62% təşkil edib. Zərərlilik göstəricisi son bir ildə 14% artıb. 2023-ci ilin eyni dövründə isə zərərlilik göstəricisi 48% təşkil edib.