Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru İsrafil Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Çində işgüzar səfərdədir.
ARDNF-dən FED.az-a bildirilib ki, səfər çərçivəsində Çin İnvestisiya Korporasiyasının (ÇİK) sədri Penq Çun ilə baş tutan görüşdə ARDNF və ÇİK arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi imkanları müzakirə olunub və birgə fəaliyyətin bundan sonra da davam etdirilməsinə dair qarşılıqlı maraq ifadə edilib.