Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) tabeliyində fəaliyyət göstərən Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) keçirdiyi tender müsabiqəsinin qalibi bəlli olub. Yeniavaz.com xəbər verir ki, AQTİ-nin 12 min manat 60 qəpik dəyərindəki tenderini “Professional İT” MMC (VÖEN - 1401724481) udub. Şirkət sözügedən məbləğ qarşılığında AQTİ-yə məxsus “afsi.gov.az” veb saytının yenidən qurulması, modulların hazırlanması və bir illik texniki dəstək xidmətini göstərəcək. Qeyd edək ki, nizamnamə kapitalı 10 manat “Professional İT” MMC -nin qanuni təmsilçisi Anoxina İradə Vaqif qızıdır. İradə Anoxina eyni zamanda “Alimok” MMC-nin qanuni təmsilçisi və “Finans Lizinq” ASC-nin Audit komitəsinin üzvü olub.