RU

Millimiz Lüksemburqa uduzdu

Bu gün Azərbaycan U-21 millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

“Qafqazinfo” xəbər verir ki, Samir Əliyevin komandası 7-ci matçında Lüksemburqla qarşılaşıb və 0:2 hesabı ilə uduzub. 

U-21 millimiz növbəti görüşünü sentyabrın 10-da, saat 19:00-da “Dalğa Arena”da Serbiya yığmasına qarşı keçirəcək.

Qeyd edək ki, 7 oyuna 3 xal toplayan U-21 sonuncu - altıncı pillədə qərarlaşıb.

Avropa çempionatı, seçmə mərhələ

F qrupu

21:30. Lüksemburq U-21 - Azərbaycan U-21 - 2:0

Qollar: Leon Elşan, 21, 45+2-pen

Hakimlər: Dezir Qrunbaher, Matthias Sbrissa, Guillaume Maire, Anojen Kanagasingam (İsveçrə)

Избранный
96
5
olke.az

10Источники