RU

Antoni Blinken Ukraynanın yeni xarici işlər naziri ilə telefonla danışıb

Antoni

Vaşinqton, 7 sentyabr, AZƏRTAC

ABŞ Dövlət katibi Antoni Blinken Ukraynanın yeni xarici işlər naziri Andriy Sibiqa ilə telefonla danışıb.

AZƏRTAC-ın ABŞ Dövlət Departamentinə istinadən verdiyi məlumata görə, Blinken onu yeni vəzifəsi münasibətilə təbrik edib və ABŞ-ın Ukrayna ilə tərəfdaşlığının əhəmiyyətini qeyd edib. Blinken Rusiya ilə müharibə ilə bağlı və ölkə iqtisadiyyatının bərpasını sürətləndirmək üçün ABŞ-ın davamlı hərbi, iqtisadi və humanitar dəstəyini vurğulayıb.

ABŞ Dövlət katibi Birləşmiş Ştatların BMT Baş Assambleyasının açılış həftəsində Ukrayna ilə bağlı planlaşdırılan tədbirlərə dəstəyini təsdiqləyib.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Избранный
285
12
azertag.az

10Источники