RU

"Neftçi"nin qadınlardan ibarət komandası növbəti oyuna çıxır

"Neftçi"nin qadınlardan ibarət komandası bu gün Çempionlar Liqasının 1-ci mərhələsində növbəti oyununa çıxacaq.

"Football-plus.az" xəbər verir ki, komanda Gürcüstanın Tsxaltubo şəhərində təşkil olunacaq Çempionlar yolunun 2-ci qrupunun 3-cü yer uğrunda görüşündə yerli “Lançxuti” ilə qarşılaşacaq. Tskaltubo Texniki Mərkəzin stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 17.00-da başlayacaq. Qarşılaşmanı belçikalı hakim idarə edəcək.

7 sentyabr
Lançxuti (Gürcüstan) – Neftçi

Baş hakim: Caroline Lanssens (Belçika)
Tskaltubo Texniki Mərkəzin stadionu. Saat 17.00

Qeyd edək ki, qrupun ilk oyunlarında “Neftçi” Avstriyanın “Sankt-Pölten” (0:5), “Lançxuti” isə Albaniyanın “Vlajniya” (0:3) klubuna məğlub olub.

Избранный
166
3
football-plus.az

7Источники