RU

Kristiano Ronaldo: “Bu, Dünya Kubokunu qazanmağa bərabərdir”

Portuqal hücumçu Kristiano Ronaldo karyerasında dünya çempionatında qalibiyyətin əskik olub-olmadığı haqda sualı cavablayıb.

Arena.az “Record” dərgisinə istinadən, portuqal ulduzun bu barədə cavabını təqdim edir:

“Portuqaliya yığmasının AÇ-2016-dakı qalibiyyəti dünya çempionatındakı qələbəyə bərabərdir. Mən Portuqaliya yığması ilə çox istədiyim iki qəniməti artıq qazanmışam. Bu, mənim üçün kifayətdir. Məni həvəsləndirən odur ki, mən futboldan həzz alıram, rekordlar isə öz-özünə gəlirlər. Mən rekordlar arxasınca qaçımıram, onlar məni təqib edirlər”, deyə “Kriş” vurğulayıb.

Kristiano Ronaldo 2023-cü ilin yanvarından “Əl-Nəsr”də çıxış edir. Portuqal ulduz ərəb klubuna 2023-cü ilin yanvarında “Mançester Yunayted”dən azad agent qismində keçib.

Ronaldonun “Əl-Nəsr”lə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Ronaldo “Əl-Nəsr”in heyətində 4 oyuna 4 qol və 2 məhsuldar ötürmə ilə fərqlənib. Kristianonun “Əl-Nəsr” karyerası ümumilikdə 68 oyun, 62 qol və 17 məhsuldar ötürmədən ibarətdir.

Ronaldo “Əl-Nəsr”dən öncə “Real”, “Mançester Yunayted”, “Yuventus”, “Sportinq” (Lissabon) komandalarında çıxış edib. Portuqal ulduz bu komandaların hər biri ilə çoxsaylı qənimətlər qazanıb, müxtəlif rekordlara imza atıb. Maraqlıdır ki, Ronaldo “Əl-Nəsr”lə hələ heç bir qənimət qazanmayıb. Qolçuluq mükafatları ilə yanaşı, Ronaldonun “Əl-Nəsr”dəki yeganə uğuru ötən mövsümün ən yaxşı oyunçusu seçilməsidir.

Kristiano Ronaldo hazırda kapitanı olduğu, 2003-cü ilin avqust ayının 20-də debüt etdiyi Portuqaliya yığmasının heyətində 213 oyun keçirib, 131 qol vurub və 45 məhsuldar ötürmə verib. Ronaldonun yığma komandanın heyətindəki oyun və qol sayı mütləq dünya rekordudur.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
112
50
arena.az

10Источники