RU

"Benfika" Fatih Terimin yerinə onu seçdi

Fatih Terimin Portuqaliyanın "Benfika" klubuna baş məşqçi postuna keçidi gözlənilsə də, bundan fərqli olaraq komanda onun əvəzinə öz yerlisi Bruno Lage ilə anlaşıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Komandanın "sükan"ı portuqaliyalı mütəxəssis Bruno Lageyə tapşırılıb. Onunla 2026-cı ilin yayınadək olan müqavilə imzalanıb.

48 yaşlı Lage 2019-cu ilin yanvarından 2020-ci ilin iyun ayına qədər də "Benfika"nın baş məşqçisi olub. O, daha əvvəl 6 ay "Benfika B"yə rəhbərlik edib.

Lagedən əvvəl "Benfika"nın baş məşqçisi sentyabrın 1-də "Moreyrense" ilə 1:1 hesablı heç-heçədən sonra klubu tərk edən Rocer Şmidt olub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Избранный
131
3
milli.az

6Источники